Şəmkir polisi Dilqəm Əsgərovun sənədli silahını götürüb, oğluna cinayət işi açır

“Bir müddət əvvəl Şəmkir rayon polis əməkdaşları məni Şəmkir rayon polis şöbəsinə çağırdılar ki, səndə silah-sursat var gətir təhvil ver. Mən isə bildirdim ki, məndə ancaq atam Dilqəm əsgərova məxsus 12 kaliblri “vinçestr” markalı ov tüfəngi var və onun da sənədləri qaydasındadır. Polis bölməsindən həmin silahı polisə şöbəsinə aparmağımı istəyərək, güya atamın silahını mənim adıma sənədləşdirmək istədiklərini bildirdilər. Mən də silahı aparıb Şəmkir polisinə təhvil verdim. Bir aydan sonra əlaqə saxladım və mənə bildirdilər ki, silahı sənə verə bilmərik. Atan girovluqdan azad olunar gəlib aparar”

Sozcu.az xəbər verir ki, bunu erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. Kürdoğlu Əsəgərov bildirib ki, üstündən uzun müddət keçdi, nə atam girovluqdan azad olundu, nə də Şəmkir polisi atamın silahını qaytardı:

“Bundan sonra anam və qardaşım atama məxsus olan sənədli silahı götürmək üçün Şəmkir polisinə getsələr də, Şəmkir polisində atamın silahını verməkdən imtina edərək, bildiriblər ki, əgər silahın adını çəkərsinizsə oğlunuz Kürdoğlu Əsərova cinayət işi açılacaq “.

Kürdoğlu Əsəgərov bildirib ki, Şəmkir polisində deyiblər ki, güya mən dövlət qrumlarını təhdid etmişəm:

“Atam Kəlbəcərə getməmişdən öncə anama etibarnamə verib. Sanki başına gələn müsibətləri bilirmiş. Şəmkir polisində anama bildiriblər ki, silahın adnını çəksəniz oğlunuza cinayət işi acacağıq. Güya mən hansısa dövlət qrumlarını təhdid etmişəm. Bunları eşidəndə şoka düşdüm. Diyəsən Dilqəmin oğlunun varlığı da kimi isə ciddi şəkildə narahat edir. Mən həmin adamlara üzümü tutub deyirəm: Mənə qarşı saxta cinayət işi açınca, kişiliyiniz çatırsa gedin atam Dilqəm Əsgərovu qanunsuz şəkildə girov götürən qohumlarınıza cinayət işi açın. Gec-tez haqq-ədalət öz yolunu tapacaq. Məndən qorxmayın, mən Dilqəmin oğluyam”.

Facebook Comments