Səməndər Rzayevin ilk müəllimi bu şəxsdir -MƏLUMAT

Hər bir Azərbaycanlının qəlbində mühüm yer tutan Azərbaycan Respublikasının Əməkdar artisti, Dövlət mükafatı laureatı Səməndər Rzayevin ilk müəllimi haqqında Sozcu.az saytı maraqlı məlumat əldə edib. Gözəl sənətkarımızın ibtidai sinif müəlliməsi Sosialist Әməyi Qəhrəmanı Atakişiyeva Məsmə Əlimərdan qızıdır.

Sozcu.az dahi sənətkarımız Səməndər Rzayevin ilk müəllimi olan Məsmə Ayakiyeva haqda məlumatı oxucularına təqdim edir:

Atakişiyeva Məsmə Əlimərdan qızı 21.03.1924-cü ildə Azərbaycan Respublikasının Şamaxı şəhərində anadan olub. Azərbaycan muəllimi, Azərbaycan SSR əməkdar müəllimi (1960), Sosialist Әməyi Qəhrəmanı (1968), olan Məsmə Atakişiyeva Pedaqoji fəaliyyətə 1940-cı ildə Kürdəmir rayonunda başlamış, 1943-68-cı illərdə Ağsu şəhər orta məktəbində sinif müəllimi işləmişdir.

Məsmə Atakişiyeva 1969-cu ildən Bakının Nərimanov rayonunda ibtidai sinif müəllimi olmuşdur.

Sosialist Әməyi Qəhrəmanı , Azərbaycan Respublikasının əməkdar müəllimi Atakişiyeva Məsmə Əlimərdan qızı Azərbaycan Respublikasının Əməkdar Artisti, Dövlət mükafatı laureantı Rzayev Səməndər Mənsim oğlunun ilk sinif müəlliməsi olubdur.

P.S.Bu haqda məlumat, Ağsu şəhər sakini Qarabağ müharibəsi və əmək veteranı, Səməndər Rzayevin məktəb yoldaşı və uşaqlıq dostu Nuriyev Nurulla Qüddəsər oğlunun şəxsi arxivindən götürülüb.

Facebook Comments