Səməndər Rzayevin 75 illiyi adına layiq keçirilməlidir – Rayon ağsaqqalı

Azərbaycan Respublikasının Əməkdar artisti, Dövlət mükafatı laureatı Səməndər Rzayevin 75 illiyi Ağsu rayonunun Mərkəzi kitabxanasının kiçik oxu zalında keçirilib. Böyük sənətkarın 75-illiyinin kiçik bir zalda, dar çərçivədə keçirilməsi birmənalı qarşılanmayıb.

Səməndər Rzayevin uşaqlıq dostu və məktəb yoldaşı, Ağsu rayonunun hörmətli ağsaqqallarından olan, Qarabağ Müharibəsi və Əmək veteranı Nuriyev Nurulla Qüddəsər oğlu mərhum sənətkara layiqli qiymətin verilməməsindən narahatlığını bildirib.

Sozcu.az Nurulla Nuriyevin bununla bağlı fikirlərini təqdim edir:

“Ümummilli liderimiz Heydər Əliyev cənabları Azərbaycan Respublikasının Əməkdar Artisti, Respublika Dövlət Mükafatı laureatı Səməndər Rzayevə sağlığında yüksək qiymət vermişdir. Onun anadan olmasının 75 illiyi ən azı rayon ictimayyəti tərəfindən yüksək səviyyədə, Azərbaycanın Milli Qəhramanı Şamil Ramazanov adına Ağsu şəhər Mədəniyyət Sarayında Ağsu rayon ictimayyəti tərəfədindən yüksək səviyyədə qeyd edilməlidir.

Bizlər bunu etməsək, Səməndər Rzayevin ruhu biz ağsuluları bağışlamayacaq”.

Seymur Nəbiyev

Facebook Comments