Səməndər Rzayevə qarşı biganəlik- Daxmada keçirilən yubley tədbiri

Azərbaycan teatr və kino sənətinin ustad sənətkarı, mərhum aktyor Səməndər Rzayevin 75 illiyi Ağsu rayonunun Mərkəzi kitabxananın oxu zalında, kiçik bir çevrənin iştirakı ilə qeyd olunub.

Azərbaycanın teatr və kino sənətinin nəhəng şəxsiyyətinə qarşı dövlət səviyyəsində baş verən bu cür biganəlik cəmiyyətdə birmənalı qarşılanmayıb.

Bununla bağlı Sozcu.az saytının rəhbəri Elşən Əlioy da özünün feysbuk səhifəsində yazaraq, ustad sənətkara qarşı olan bu ögey münasibəti qınayıb:

“Azərbaycan Respublikasının Əməkdar artisti, Dövlət mükafatı laureatı Səməndər Rzayevin 75 illiyi Ağsu rayonunun Mərkəzi kitabxanasının kiçik oxu zalında keçirilib.

Bununla da, bulaq verlişi və çəkildiyi 10-larla gözəl filmlərdə ümumixalq məhəbbəti qazanan Səməndər Razayevə qarşı hörmətsizlik edilib. Səməndər Rzayevin 75 illiyi dövlət səviyyəsində və möhtəşəm bir formada keçirilməlidi idi. Bunu etmədilər, ən azından bu böyük sənətkarın 75 illiyini rayon ictimaətinin iştirakı ilə Ağsu rayon Mədəniyyət Sarayında keçirməli idilər.

Səməndər Rzayevin ruhu ona qarşı olan bu hörmətsizliyi bağışlamayacaq”.

Xatırladaq ki, Səməndər Rzayev 1945-ci il yanvarın 2-də Ağsuda dünyaya gəlib. İncəsənət İnstitutunda Rza Təhmasibin sinifində dərs alıb, Klassik aktyor sənətinin ruhunu yaşadan sənətkar yaradıcılıq fəaliyyətinə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında başlayan S.Rzayev burada Xacə Nizam, Knyaz, İbn Yəmin (“Xəyyam”, “Knyaz”, “İblis”, H.Cavid), Hətəmxan ağa (“Müsyö Jordan və dərviş Məstəlişah”, M.F.Axundzadə), Vaqif (“Vaqif”, S.Vurğun), Valentin, Fazil Küleyni (“İnsan”, “Dəli yığıncağı”, C.Məmmədquluzadə), Balaxan (“Aydın”, C.Cabbarlı), Əmir İnanc (“Qılınc və qələm”, M.Ordubadi), SezarRupf (“Böyük Romul”, F.Dürrenmatt), Bessemenov (“Meşşanlar”, M.Qorki), Qulamov (“Müdriklər”, A.Ostrovski), Kapitan (“Küləklər”, S.Rəhman), Doqberi, Kaliban (“Heç nədən hay-küy”, “Fırtına”, U.Şekspir), Qənimət, Muradov, Vahid (“Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Bağlardan gələn səs”, İ.Əfəndiyev), İkinci Reşad, Əmir (“İkinci səs”, “Fəryad”, B.Vahabzadə), Mazar bəy (“Közərən ocaqlar”, M.İbrahimov), Tərlan (“Sənsiz”, Ş.Qurbanov), Bəhram, Xudayar bəy, Eldar (“Şəhərin yay günləri”, “Sizi deyi b gəlmişəm”, “Sən yanmasan…”, N.Xəzri), Beryozin (“Daşqın”, A.Safronov) kimi rollarda çıxış edib.

S.Rzayev teatr fəaliyyəti ilə yanaşı, “Evləri köndələn yar” televiziya tamaşasında, “Babamın babasının babası”, “Od içində”, “Babək”, “Bəyin oğurlanması” və başqa bədii filmlərdə çəkilib.

Sənətdə qazandığı uğurlara görə S.Rzayev “Əməkdar artist” fəxri adına və “Respublika mükafatı” na layiq görülüb.

Facebook Comments