“Sehrli axşam olacaq” – Poçettino

“Yarımfinaldayıq, çünki yaxşı komandayıq. Daha da yaxşı olmağa davam edəcəyik. Komandamın gözəl oyunu ilə bu mərhələyə çatdıq. Sehrli axşam olacaq. Yeni stadionumuzda yarımfinal oyununa çıxacağıq. Bir neçə ay əvvəl heç kim bu yerlərə gələcəyimizi düşünmürdü”.

Sozcu.az-ın məlumatına görə, bu sözləri “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının yarımfinalında “Ayaks”la bu gün keçiriləcək ilk oyun öncəsi deyib.

O, Hollandiya klubu ilə matçların çətin keçəcəyini bildirib: “Bura gəlməyi haqq etdik. “Ayaks” qrup mərhələsində heç bir görüşdə uduzmayıb. Onlar “Real” və “Yuventus” kimi komandaları turnirdən kənarlaşdırdı. Möhtəşəm iş çıxardılar. Bu, bizim hadisəyə bənzəyir. Onarın da yarımfinala çıxacağını heç kim gözləmirdi. Amma hər iki komanda bu yerə layiqdir”.

Poçettino Çempionlar Liqasının favoritinin “Barselona” olduğunu söyləyib: “Messi orada olmasaydı, hər komandanın 25 faiz şansı olardı. Ancaq Messi dünyanın ən yaxşısıdır və “Barselona”da oynayır”.(Qol.az)