Şəhidlərin məzarlarının su içində qalmasına SƏRT REAKSİYA: “AYIB OLSUN nazirliyə”

“İndiyə qədər məsələni yoluna qoya bilməyiblər. Dünyada bizi biabır ediblər”

Günlərdir sosial şəbəkələrdə şəhid ailələrinin ürək dağlayan görüntüləri paylaşılır. Qaradağ rayonunda su altında qalan 17 şəhidin yaxınları etiraz edirlər, övladlarının İkinci Fəxri xiyabanda dəfn olunmasını istəyirlər.

Çünki qəbirlər sözün əsl mənasında acınacaqlı vəziyyətdədir. Məzarlığın yararsızlığı isə dəhşət doğurur. Bir sözlə, şəhidlərimizin yüksək məqamlarına yaraşmayan haldır. Bu səbəbdən də insanlar hiddətini gizlədə bilmir.

Millət vəkili Aqil Abbas da qəzəbini lakonik, lakin açıq ifadə etdi. O “Sherg.az”a açıqlamasında bildirdi:

“Ayıb olsun Müdafiə Nazirliyinə. İndiyə qədər məsələni yoluna qoya bilməyiblər. Dünyada bizi biabır ediblər”.

Facebook Comments