“Şəhidlərimizlə bağlı bu addımı atan hər kəs tarixə düşəcək”

Mübariz Tağıyev: “Bu əməl Allaha da xoş gedər”

“Dövlətimiz şəhid ailələrinə hər cür diqqət və qayğı göstərir, onalrla bağlı layihələrin gerçəkləşməsinə yardım edir. Lakin iş adamlarımızın, sahibkarlarımızın da bu məsələdə aktivlik göstərməsi arzuedilən olardı”.

Sozcu.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında xalq artisti Mübariz Tağıyev bildirib. M.Tağıyevin sözlərinə görə, şəhid ailələrinə yardım və ya şəhidlərlə bağlı hər hansı layihəyə göstərilən dəstək tarixə düşmək deməkdir:

“Təbii ki, hər hansı bir sahibkar, yaxud iş adamı şəhid ailələrinə dəstək və ya şəhidlərimizin təbliği ilə bağlı layihəyə dəstək verirsə, hər şeydən öncə Allah qatında xoş bir əmələ imza atır. Çünki bu, həqiqətən də gözəl, təqdirəlayiq, nəcib bir əməldir. Bu, həm də tarixə düşmək, tarixdə əbədi qalmaq üçün də bir vasitədir. Şəhdilərimizlə bağlı bu cür addımları atan insanlarımız da həmin şəhidlərimiz kimi tarixdə qalacaq, hər zaman minnətdarlıq hissi ilə xatırlanacaqlar. Ona görə də iş adamlarımızın bu cür məsələlərdə dövlətimizə, vətəndaşlarımız dəstək verməsi yalnız alqışlana bilər”.

Facebook Comments