Şəhid olduğu deyilən Vəliəhəd erməni əsirliyindən azad edildi

Vətən Müharibəsində şəhid olduğu haqda məlumat yayılan Vəliəhəd Vəliyev də erməni əsirliyindən azad olunaraq Bakıya gətirilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 1998-ci il təvəllüdlü Vəliyev Vəliəhəd Şakir oğlunun Azərbaycana təhvil verildiyini açıqlayıb.

V.Vəliyevin atası Şakir Vəliyev “Qafqazinfo”ya açıqlamasında məlumatı bir daha təsdiqləyib və artıq ona bu barədə rəsmilər tərəfindən məlumat verildiyini bildirib. Ş.Vəliyev hələ oğlu ilə əlaqə saxlamadığını deyib.

Qeyd edək ki, Vəliəhəd Vəliyevin Zəngilan uğrunda döyüşlərdə şəhid olduğu bildirilirdi.

Facebook Comments