Şəhid ailəsi rüşvətsiz əfv istəyir – Müraciət

1994-cü ildə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş Orucov Füzuli Ocaqverdi oğlunun həyat yoldaşı Orucova Fazilə Allahverdi qızı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Iliyevə və Birinci Vitse- prezident Mehriban xanım Əliyevaya müraciət etmişdir. Müraciəti ixtisarla diqqətinizə catdırırıq.

Övladım 1992-ci il təvəllüdlü Oruclu Elvin Füzuli oğlu 7-ci ildir ki, törətmədiyi, xəbəri olmadığı absurd cinayətlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1; 29, 120.2.2-ci maddələri ilə 13 il 2 ay müddətinə fiziki, cismani işqəncələr nəticəsində çamurlanaraq zindan həyatı yaşamağa məhkum edilmişdi.Cəza çəkdiyi müəssisələrdə Şəhid Övladına qarşı repressiyalar səngiməmiş, əksinə daha da iyrənc, aktiv fazaya kecirilmişdir.
Cəmiyətin bir üzvü kimi Mən də bilirəm ki, ölkəmizdə Sizin imzaladığınız ƏFV siyahısına düşməyin bir necə variantı var:

1.ƏFV sektorunun müdiri Kəmalə İsmayılovaya, hansısa bir deputata, ƏFV komissyasının üzvlərindən birinə “adam və ya araçı” tapıb, tələb edilən rüşvəti ödəmək.

2.Muxalifətin tərtib etdiyi siyasi məhbus siyahısına düşdükdən sonra, nüfuzlu Beynəlxalq Təşkilatların tələbi əsasında reallaşır.

3.Mənim kimi hüquqsuz, Dövlətsiz, Şəhid Ailələrinə verilən ənənəvi şablon cavab isə belədir: “AR Prezidentinin 2001-ci il 18 iyul tarixli fərmanı ilə təsdiq edilmiş “ƏFVetmə haqqında” əsasnamənin 8.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxsin əfv edilməsi barədə müraciət cəza müddətinin ən azı yarısını çəkdikdən sonra AR Prezidenti yanında ƏFV Məsələləri Komissiyasına verilə bilər”.

Rüsvayçılıqdır, 11 nəfər Dövlət məmurunun və digər günahsız şəxslərin qətlində günahkar hesab edilən DİN, BCQMİ-nin rəisi, general Zakir Nəsirov, DİN-in İdarə rəisi, polkovnik Kamil Sədrəddinov, MTN-in REKETİ Akif Çovdarovlara, …ra, …ra tanınan “haqq” görəsən hansı Dövlətin qanunları ilə tənzimlənib???

Bilinsin ki, Elvin Oruclunun cəzasının əvvəli 03 dekabr 2012-ci il tarixdən hesablanır. Deməli, cəzanın yarı hissəsi arxada qalmışdır.
Şəhid ailəsi olaraq faktiki evimiz yoxdur, özüm kirayədə, övladım zindanda işqəncə həyatı yaşayırıq.

Ədalətin bərgərar olunacağı ünvanlar illərdir ki, xəyanət yuvasından başqa heç nəyi ifadə etmir.Ədaləti, haqqı tələb edən şəxs ilk öncə tələb olunan haqqı ödəməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində fiziki, cismani, tibbi işqəncələrlə üz-üzə qalan Övladım Oruclu Elvin Füzuli oğlunun rüşvətsiz, diskriminasiyasız ƏFV edilməsi üzrə səlahiyyətlərinizdən irəli gələn tədbirlər görməyi şəhid anası olaraq xahiş edirəm.

 

Facebook Comments