Şəhid adını daşıyan küçə bərbad vəziyyətdə – FOTO

Abşeron rayonu Ceyranbatan qəsəbəsinin yolları pis vəziyyətdədir.

Sozcu.az-ın xəbərinə görə, bu barədə qəsəbə sakinləri məlumat verib.

Sakinlərin sözlərinə görə, sözügedən küçə Qarabağ şəhidi Əvəz Paşayevin adını daşıyır.

Şəhidin adını daşıyan küçənin bu vəziyyətdə olması sakinləri ciddi narahat edir. Onlar deyir ki, uşaqlar hər gün bu küçə ilə məktəbə gedib-gəlmək məcburiyyətində qalırlar.

Məlumatda qeyd olunub ki, vətəndaşlar bununla bağlı aidiyyəti orqanlara müraciət etsələr də, şəhidin adını daşıyan küçənin bərpası ilə bağlı hələ də heç bir tədbir görülməyib.(Pravda.az)

Facebook Comments