“Seçkini saxtalaşdıranlarla baykot tərəfdarları eyni nəticəyə xidmət edirlər” -İLQAR MƏMMƏDOV

“Düz bir ildir azadlığa çıxıb eşidirəm ki, guya kimsə vətəndaşları icazəsiz mitinqlərə, ordan da inqilaba aparacaqdı və guya o aparanların yolunu mən kəsmişəm, inqilaba imkan vermirəm. Amma həmin o möcüzəli, itaət etdikləri daş-bütə çevrilən İcazəsiz Mitinq həzrətlərini görən də yoxdur!”

Sozcu.az xəbər verir ki, bunu ReAl partiyasının sədri İlqar Məmmədov özünün feysbuk səhifəsində yazıb:

“Seçkiləri daim saxtalaşdıran YAP da, boykot etməyə sizi yönəldən siyasətçilər də eyni nəticəyə xidmət edirlər – repressiv şahlığın, ailə hakimiyyətinin Azərbaycanda tam bərqərar olunmasına. Həmin o nəticə Azərbaycan ərazilərini işğal eləyən qüvvələrin məqsədlərinə də tam uyğundur, çünki separatçılığın əsaslandırılması işini asanlaşdırır.

Ailə hakimiyyətini Cümhuriyyət ilə əvəz etməyin yeganə yolu – dinc, sivil qaydada səsverməyə qatılıb səsləri qorumaqdır, istər mitinqlə, istərsə başqa dinc dirənişlə.

Düz bir ildir azadlığa çıxıb eşidirəm ki, guya kimsə vətəndaşları icazəsiz mitinqlərə, ordan da inqilaba aparacaqdı və guya o aparanların yolunu mən kəsmişəm, inqilaba imkan vermirəm. Amma həmin o möcüzəli, itaət etdikləri daş-bütə çevrilən İcazəsiz Mitinq həzrətlərini görən də yoxdur! Əvəzində, işləri-gücləri biz Cümhuriyyətçiləri “satqın” çıxarmaqdır.

Dünən Rusiyada seçki dirənişi göstərən müxalifət liderinə aid Navalnı Live dedi ki, Rusiya Prezident Administrasiyasının ən çox arzuladığı şey müxalifət tərəfindən seçkinin boykotudur. Niyə bağırmırsınız ki, Navalnı Putinə satılıb? Navalnı özü yazdı ki, məqsədimiz mitinq olmalı deyil, seçkidir. Bağırın da, ki, Putindən mandat umur!”