Seçkidə iştirak edən siyasi partiyaların sayı açıqlandı

Dekabrın 23-ü keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 13-dür.

Sozcu.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki. həmin siyasi partiyaların səlahiyyətli nümayəndələri qeydiyyata alınıb:

“Seçkilərə qatılan və qeydə alınan namizədlərin təxminən üçdə biri siyasi partiyaların namizədləridir. Siyasi partiyaların fəallığı, seçkilərdə fəal iştirak etməsi yaxşı göstəricidir”.