Seçici namizəd üçün 79 kilometr qaçdı- VİDEO

79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd İsmayıl Yusifovun təbliğat-təşviqat kampaniyası çərçivəsində maraqlı addım atılıb.

Sozcu.az-ın xəbərinə görə, namizədin dostu Elmir Ələkbərov təşviqat kampaniyası çərçivəsində 79 kilometrlik ultramarafon elan edib. O, marafona İmişlinin Qaraqaşlı kəndinin mərkəzindən başlayıb. Marşrut isə Bəhramtəpə, İmişli, 32 və Qaraqaşlı kəndlərini əhatə edib.

Qeyd edək ki, E.Ələkbərovun ultramarafonu kənd sakinləri tərəfindən maraqla qarşılanıb.

Facebook Comments