Şəbnəmdən Vəfaya növbəti cavab – İlk dəfə Hacısının görüntüsünü yayımladı – FOTO

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədova açılan cinayət işində Famil Xəlilovun (Veyis Xəlilov) adının keçməsindən sonra onun şəxsi münasibətinin olduğu müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasında yaşanmış qalmaqal yenidən alovlanıb.

Müğənnilər bir-birilərinin ünvanına sərt sözlər deyərək, gündəmi zəbt etmişdi. Vəfa Şərifovanın Familin onun həyat yoldaşı olduğunu açıqladıqdan sonra müğənni Şəbnəm Tovuzlu ilk dəfə həyat yoldaşı Hacı Ramilin görüntülərini yayımlayıb.

Musavat.com xəbər verir ki, sənətçi həyat yoldaşı ilə görüntülərini “İnstagram”da paylaşıb.

Qeyd edək ki, Şəbnəm Tovuzlu ilə Hacı Ramilin Əli adlı oğlu var. Müğənni hər zaman həyat yoldaşının üzünü göstərməkdən çəkinmişdi.

Facebook Comments