“Şaxtyor”da yeni baş məşqçi – rəsmi

Ukraynanın “Şaxtyor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sozcu.az klubun saytına istinadən xəbər yayır ki, Donetsk təmsilçisi Luiş Kaştruya tapşırılıb. Portuqaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

57 yaşlı məşqçinin son klubu “Vitoriya Gimarayş” olub. O, Portuqaliyanın daha bir neçə klubunu çalışdırıb. Kaştru “Şaxtyor”da ötən gün “Roma”ya baş məşqçi təyin edilən Paulu Fonsekanı əvəzləyib.