Saxlanılan vəkil dəniz sahilində sərbəst buraxıldı

Bir qrup deputatlığa namizədin Bakıda Mərkəzi Seçki Komissisiyasının (MSK) inzibati binasının qarşısında keçirdiyi etiraz aksiyasından öncə saxlanılan vəkil, Müsavat Partiyasının Divan üzvü Nemət Kərimli sərbəst buraxılıb.

Sozcu.az-ın xəbərinə görə, N.Kərimli Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində dəniz kənarında avtomobildən düşürülüb.

“Hacıqabula qədər apardılar. Sonra geri qaytarıb, Sahil qəsəbəsinin yaxınlığında, dənizin sahilində azad etdilər. Sonda sual verdilər:” Bir də belə hallara yol verəcəksən?”” – o bildirib.

Facebook Comments