“Əsas odur ki, rədd olub getsinlər!”

Süleyman Peyğəmbərin iki qadının iddiaçı olduğu körpəni həqiqi anasına necə qaytarması haqqındakı pritça yadınızdadırmı?

Peyğəmbərin qərarı çox dəhşətli olur. Uşağı iki yerə parçalayıb hər yarısını bir qadına verməyi əmr edir. Onlardan biri tərəddüdsüz razılaşır.

İkincisi isə dərhal iddiasından əl çəkib uşağın birinci qadına verilməsini istəyir.

“Bilindi ki, uşağın əsl anası sənsən!” – deyə Peyğmbər ona övladını da götürüb getməyi əmr edir.
Ermənilərin Kəlbəcərdə törətdikləri vəhşiliklər – meşələri, evləri yandırmaları,hər şeyə bacardıqları qədər zərər vurmağa çalışmaları bu pritçanı yadıma saldı.

Bizim insanlar yurdlarını tərk edəndə bir budağı da qırmamışdılar, bir pəncərə şüşəsini də sındırmamışdılar. Çünki özlərinin idi.

Ermənilər isə qaraçı köçü kimi gəlmədirlər. Ona görə də müvəqqəti sahibləndikləri yerlərdən qaçanda “Bizdən sonra lap dünya dağılsın!” prinsipi ilə hərəkət edirlər.

Əsas odur ki, rədd olub getsinlər!

Vilayət Quliyev, sabiq xarici işlər naziri, Azərbaycanın Macarıstandakı səfiri

Facebook Comments