Sarri Ronaldonun mövqeyini dəyişir – yaxtada görüş

“Yuventus”un yeni baş məşqçisi Maurissio Sarri hazırda istirahət edən futbolçusu Kriştiano Ronaldo ilə görüşüb.

Sozcu.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçunun yaxtasında olan görüş zamanı 60 yaşlı mütəxəssis öz planları barədə danışıb. Sarri Ronaldonu mərkəz hücumçusu kimi gördüyünü söyləyib. O hesab edir ki, bu, 34 yaşlı oyunçunun daha çox qol vurmağına imkan yaradacaq.

Qeyd edək ki, Sarri açıqlamasında Ronaldoya yeni rekordlar qırmaq üçün kömək etmək istədiyini söyləyib.(Qol.az)

Facebook Comments