Sarri rəhbərlikdən üç transfer istədi

Bir neçə gün öncə “Yuventus”a baş məşqçi təyin olunan Mauritsio Sarri qarşısına böyük hədəflər qoyan klub rəhbərliyindən minimum 3 futbolçu transfer olunmasını istəyib.

Sozcu.az-ın İtaliya mətbuatına istinadən yaydığı məlumata görə, 60 yaşlı mütəxəssis “Latsio”dan Sergey Milinkoviç-Saviç, “Fiorentina”dan Federiko Kyeza və “Mançester Yunayted”dən Pol Poqbanın alınmasını tələb edib. Təcrübəli çalışrıcı Sami Xedira, Mario Mancukiç və Paulo Dibala haqda isə hələ qərar verməyib.

Qeyd edək ki, Sarri bu vəzifədə bir müddət öncə komandadan ayrılan Massimiliano Alleqrini əvəzləyib.(Qol.az)