Sarri “Çelsi”dən qovula bilər

“Çelsi” baş məşqçisi ilə yollarını ayıra bilər.

Sozcu.az “Football İtalia” nəşrinə istinadən xəbər verir ki, Avropa Liqasının Bakıda keçiriləcək finalında mümkün qalibiyyət belə italiyalı mütəxəssis vəzifəsində saxlamaya bilər. İddiaya görə, yerli azarkeşlərin komandanın oyunundan narazılığını nəzərə alan London klubunun sahibi Roman Abramoviç 60 yaşlı mütəxəssisi göndərmək istəyir.

Qeyd edək ki, Sarrinin “Çelsi”dən ayrıldıqdan sonra yenidən A Seriyasına qayıdacağı gözlənilir. Onunla “Roma” və “Milan” klublarının maraqlandığı bildirilir.(Qol.az)