“Sarı jiletlilər” yenidən küçələrə çıxdı

Avropa Parlamenti seçkiləri öncəsində Fransada “Sarı jiletlilər” etiraz aksiyasının 28-ci aktı başlayıb.

Sozcu.az xəbər verir ki, Prezident Emmanuel Makronun yeritdiyi siyasətə qarşı paytaxt Parisdə və Makronun böyüdüyü Amiens şəhərində etiraz aksiyaları keçirilib.

Fransa polisi apreldə yanan Notr-Dam kilsəsi ətrafında və bəzi ərazilərdə etiraz aksiyası keçirilməsini qadağan edib.

Polislə etirazçılar arasında qarşıdurma baş verib.

Parisdəki etirazlar zamanı 64 nəfər, Amiens şəhərində isə 18 nəfər saxlanılıb.(Axar.az)

Facebook Comments