Sane qərarını verdi

Son zamanlar adı “Bavariya” ilə yanaşı çəkilən “Mançester Siti”nin futbolçusu Leroy Sane gələcəyi ilə bağlı qərarını verib.

Sozcu.az xəbər verir ki, alman futbolçu, MS-də qalmağa qərar verib. O, komanda yoldaşlarına Münhen klubuna transfer olunmayacağını və “Mançester Siti”də qalacağını bildirib.

Bir müddət əvvəl Almaniya klubu Sane üçün 80 milyon avro təklif etmiş, amma “şəhərlilər” bu təklifdən imtina edərək, 100 milyon avro təzminat məbləği istəmişdilər.
2016-cı ildən “Mançester Siti”də çıxış edən 23 yaşlı futbolçunun müqaviləsi 2021-ci ilə qədərdir. O, son mövsümdə iştirak etdiyi 47 oyunda 16 qol, 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Facebook Comments