Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

Samux rayon Qaraarx kəndində yaşayan Qarabağ döyüşçüsü Abdullayev Rüstəm Əlisultan oğlu acınacaqlı durumda yaşamasından şikayətçidir.

Sozcu.az xəbər verir ki, ömrünün bir hissəsini Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşa həsr edən, 1-ci qrup əlil olan Qarabağ döyüşçüsünün yaşadığı bina yaşamağa yararsız olsa da, Qarabağ döyüşçüsünün harayına çatan bir dövlət qurumu tapılmır.

Rüstəm addullayev acınacaqlı durumu ilə bağlı dəfələrlə Samux rayon icra başçısına müraciət etsə də, İcra başçısı qazinin durumuna biganə yanaşır.

İcra hakimiyyətindən ümidini üzən Qarabağ qazisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən və 1-ci vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyir.

Diqqətinizə çatdıraq ki, Qarabağ qazisinin yaşadığı uçuq binada onun ailəsindən başqa daha 7 ailə yaşayır.

Rüstəm Abdullayevin verdiyi məlumata görə, Fövqaladə Hallar Nazirliyinin (FHN) bina ilə bağlı verdiyi rəydə də, binanın yaşamağa yararsız vəziyyətdə olduğu göstərilir.

Facebook Comments