Şamaxıda avtomobil Müalicə Diaqnostika Mərkəzinin əməkdaşlarını vuraraq öldürüb

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sozcu.az-ın verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun üstündə yerləşən Şamaxı Müalicə Diaqnostika Mərkəzinin qarşısında qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomobil yolu keçən diaqnostika mərkəzinin işçiləri Tamella Haqverdiyeva və Zümrüd Mustafayevanı vurub.

Qəza nəticəsində hər iki piyada hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.APA

Facebook Comments