Şamaxıda ağır yol qəzası – İki qardaş öldü

Şamaxıda ağır yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu saatlarda Bakı-Şamaxı-Yevlax yolunun Şamaxıdan keçən hissəsində baş verib. İlkin məlumatlara görə minik və yük avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb. Ölənlər qardaş olublar, kimlikləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Ölənlər Şamaxı rayon Quşçu kənd sakinləri İsmayılov Ramil və İsmayılov Rasim Vahid oğludur.

Yük maşınının sürücüsü, Qobustan sakini, 1982-ci il təvəllüdlü Şahverdiyev Ramil Əlhüseyn oğlu isə yüngül xəsarət alıb.