Salyanda bir ailənin 3 üzvü qəzaya düşdü: ölən var

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sozcu.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Opel” markalı avtomobil idaretmədən çıxaraq yolun kənarındakı su kanılına aşıb.

Qəza nəticəsində sürcü və onun arvadı xəsarət alıb, 4 yaşlı u.ağı isə ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” maşınları ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb.

Faktla bağlı araşdırmalara başlanıb.(Axar.az)