Şahzadə Harri və Meqan Marklın oğulları doğuldu

Böyük Britaniya şahzadəsi və Sasseks hersoqu, şahzadə Harri və Meqan Marklın oğlu dünyaya gəlib.

Sozcu.az xəbər verir ki, “Sky News” Meqanın səhər saatlarında doğuma girdiyini yazıb.

Uşağın adı hələlik açıqlanmayıb, fotosunun isə bir müddət sonra yayımlanacağı bildirilir.

Harrinin övladının doğulması ilə Böyük Britaniya kraliçası II Yelizaveta da səkkizinci dəfə ulu nənə olub.

Qeyd edək ki, cütlük 2018-ci ilin may ayında evlənib.(Axşam.az)