Sabunçuda itkin düşən 3 yaşlı uşaqdan hələ xəbər yoxdur

Polis əməkdaşları Sabunçu rayonu, Sabunçu qəsəbəsində itkin düşən 3 yaşlı Zəhra Rəsul qızı Bağırovanın axtarışlarını intensiv şəkildə davam etdirir.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən verilən məlumata görə, Z.Bağırovanı görənlərdən yaxınlıqdakı polis bölməsinə və ya DİN-in 102 zəng mərkəzinə məlumat vermələri xahiş olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə azyaşlı Zəhra ilə bağlı yanlış foto – kişinin əlindən tutmuş uşaq fotosu yayılıb. Lakin həmin fotodakı uşağın Zəhra olmadığı məlum olub.

Sozcu.az