Sabirabadda AXCP üzvləri polisə çağrıldı

AXCP-nin Sabirabad rayon şöbəsinin üzvləri polisə çağırılıb.

Sozcu.az xəbər verir ki, bu barədə AXCP Ali Məclisinin üzvü Sahib Rüstəmli məlumat verib:

“Sabirabadın təzə başçısı Siraqəddin Cabbarov cəbhəçilərdən əl çəkmir. AXC-30- la bağlı tədbirin keçirilməsinin qarşısını bütün resurslardan istifadə etmələrinə baxmayaraq ala bilməmələri bunlara əməlli-başlı yer edib. İndi də AXCP Sabirabad şöbəsinin Məclisinin sədri Balamirzə Fətiyevi və AXCP Ali Məclis üzvü bəndeyi həqirinizi təkidlə polis şöbəsinə çağırırlar.
Məncə tədbirin harda keçirilməsi onları daha çox maraqlandırır”.