Sabirabad sakini ot presləyən qurğuya düşüb

Hacıqabul rayonunda işləyən Sabirabad sakini ot presləyən qurğuya düşərək xəsarət alıb. Hazırda yaralının vəziyyəti ağır qiymətləndirilir.

Sozcu.az-ın məlumatına görə, hadisə Hacıqabul rayonunun Kolanı kəndində qeydə alınıb. Belə ki, orada işləyən Sabirabad sakini, 1980-ci il təvəllüdlü İmanov Ramil Rasim oğlunun qolları və bədəninin bir hissəsi ehtiyatsızlıqdan işlək vəziyyətdə olan ot presləyən qurğuya düşüb. Nəticədə R. İmanov xəsarət alıb. Ağır vəziyyətdə olan yaralı Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.apa

Facebook Comments