Sabir Rüstəmxanlının namizədliyi qeydə alındı

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının deputatlığa namizədliyi qeydə alınıb.

Sozcu.az xəbər verir ki, S.Rüstəmxanlı bu barədə özü məlumat verib.

“61 saylı Neftçala seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədliyim təsdiq olundu və bu gün qeydiyyat vəsiqəsini aldım. Mənə yardımçı olan və namizədliyim üçün imzalarını əsirgəməyən bütün neftçalalılara dərin təşəkkürümü bildirirəm. İnanıram ki, onlar seçki günü də eyni fəallığı nümayiş etdirəcəklər” – S.Rüstəmxanlı bildirib.

Facebook Comments