Sabiq deputat: “Ayə, bu dövlətdən nə qədər oğurlamısınız?”

Prezidentin sabiq köməkçisi Əli Həsənovun mülklərinin siyahısını oxudum, necə deyirlər “gözüm qaraldı”…

Sozcu.az-ın xəbərinə görə, bunu sabiq deputat, iş adamı Nazim Bəydəmirli deyib.

N.Bəydəmirli qeyd edib ki, 1987-ci ildən tələbə olan zamandan kooperativ (kiçik müəssisə) açaraq Rusiyada biznesə başlayıb, 5 il istisna olmaqla biznesə birbaşa rəhbərlik edib, 10-larla ölkə ilə ticarət edib, istehsallar, obyektlər sahibi olub: “Amma Əli Həsənovun varidatını işlədiyi illərə bölsək belə, bir ili qədər mənim mülküm yoxdur… Onu da deyim ki, belə vəzifələrdə işləməyə başlayan adamların ən azı 10 nəfərinin çoxundan mən imkanlı olmuşam…Ayə, bu dövlətdən nə qədər oğurlamısınız? İnsaf deyilən, “doymaq” deyilən bir şey sizdə niyə olmayıb?”

Facebook Comments