Sabiq baş nazir iyun ayında yeni partiyasını elan edəcək:”Davudoğlu sahəyə enir”

Yeni partiya qurmaq planını sürətləndirən Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu Ramazan ayında İstanbul, Ankara, İzmir başda olmaqla, 10 ayrı məkanlarda iftar mərasimində iştiratk edəcək.

Sozcu.az “Haberler.com”a istinadən xəbər verir ki, “Davudoğlu sahəyə enir” başlıqlı yazıda sabiq baş nazirin böyük insan kütləsinin iştirak edəcəyi ilk iftar mərasiminə mayın 13-də qatılacağı bildirilib.

Məlumata görə, mərasimlərdə Davudoğlu ilə birgə yeni partiyada addımlayacaq tanınmış simalar da iştrak edəcəklər: “Davudoğlunun yeni partiyasının adını isə iyun ayında elan edəcəyi gözlənilir”.(Strateq.az)