“Sabah – 1 iyul Putinin xalqı zorlayacağı gündür” – Qriqori Yavlinski…

Bildiyiniz kimi sabah -1 iyulda Rusiyada prezidentlik müddətinin sıfırlanması haqqında referendum keçirilir. Məsələnin mahiyyətində Putinin 2024-cü ildə başa çatan prezidentlik müddətini sıfırlamaq, faktiki Putinə ömürlük prezidentlik vermək üçün referendum yolu ilə məsələni qanuniləşdirməyin dayandığı sirr deyil. Rusiyanın bəzi ziyalıları, siyasi şərhçiləri, siyasi xadimləri bu planın əleyhinə açıq mövqe bildirirlər.

Yabloko Partiyasının sədri Qriqori Yavlinskinin Exo Moskvı radiosunun elektron versiyasında yayımlanan sərt məqaləsini Moderator.az Azərbaycan oxucularına çatdırmağı məqsədəuyğun hesab edir. Bizi Rusiya ilə birləşdirən çox şeylər var.

“Konstitusiyaya dəyişiklik etmək üçün “xalq səsverməsi” təcavüzə bənzəyir. Yəni, əvvəlcə istəmədiyinizi və o şeyin ki, baş verməməli olduğuna sizi məcbur etmək üçün nə qədər inandırsalar, o qədər iyrənc olur. İndi insanlar səs versələr də, bunun nəyə lazım olduğunu başa düşmürlər və əlbəttə ki, aldadıqlarını hiss edirlər.

Rusiyanın yeni tarixində bu ilk dəfə deyil. Hər hansı bir müqayisə qüsursuzdur, amma 17 mart 1991-ci ildə SSRİ-nin qorunması ilə bağlı referendumu xatırlatmamaq mümkün deyil: istənilən nəticə alındı, amma beş aydan sonra çevriliş oldu, daha sonra Belovejskaya Putça baş verdi və SSRİ dağıldı. Bütün bunlara görə indi biz Donbasda qan tökməyin hesabını veririk.

1991 və 1993-cü illərdə də konkret nəticə əldə etməyə çalışan hakimiyyətlər, yalanlardan, manipulyasiyalardan, məcbur etmədən, qorxutmadan çəkinmədən, kino və estrada ulduzlarının iştirakı ilə ağılsız reklamlardan istifadə etdilər.

Bugünkü vəziyyətdə belə bir çıxış yolu var: 2024-dən gec olmayaraq yeni prezidentin ədalətli və rəqabətli seçkiləri, siyasi sistemin real demokratikləşməsi, qanunun aliliyi, məhkəmənin müstəqilliyi, yəni müasir həyat üçün norma olan hər şey və vətəndaşlara həqiqi hörmətin təzahürü. Ancaq, aydındır ki, bunun heç biri baş verməyəcək.

Rusiyada baş verənlər – ictimai intellektin təhqirdir: hakimiyyətin vətəndaşlara qarşı alçaldıcı hərəkətləri, insanın ləyaqət hisslərini əzən və özünə hörmətin aşağılanmasına yönəldilmişdir. Bəlkə də bu hələ hamı üçün aydın deyil, amma çox keçmədən insanlar bunu dərk edəcəklər və bağışlamayacaqlar.

Konstitusiya Məhkəməsinin Putinin düzəlişlərinə verdiyi yekun rəy anoloji təsir bağışlayır- bu, Rusiyada “inkişaf etmiş parlamentarizmin, effektiv ədalət və hakimiyyət dəyişikliyinin rədd edilməsini əsaslandıran” absurd mətndir.

İndi də “ümunxalq səsvermə” gəlib çıxdıq. Mərkəzi Seçki Komissiyasının rəhbəri təklif olunan dəyişikliklər barədə toplu səsverməni kompleks nahar qaydası ilə müqayisə etdi: ya hamısını götürün, ya da heç nəyi. Bu kim üçündür? Xanım Pamfilova Rusiya vətəndaşlarını nə hesab edir? Özünü nə hesab edir?

Yalnız Putinin plebissitinin proseduru qəsdən belə bir şəkildə hazırlanmışdır ki, səslərin verilməsinə və sayılmasına nəzarət etmək mümkünsüzdür, eyni zamanda hakimiyyət istənilən nəticəni “təsvir etmək” üçün ən geniş imkanlar yaratmışdır: vaxtından tez və evdə izahat olmadan səs verə bilərsiniz, İnternet vasitəsilə (Moskva və Nijni Novqorod bölgəsi), pasport məlumatlarını qeyd etmədən, küçədəki çadırlarda da mümkündür.

Əlbətdə ki, belə bir alçaldıcı “tədbirdə” iştirak etmək olmaz.

Bütün bunlar dəfələrlə deyilmişdir. Belə davam etdikcə, qanunun, ölkənin, xalqın üzərində açıq şəkildə lağ edildiyi bir daha aydınlaşır: ” Biz bilirik ki, bizim marağımıza uyğun olanla razılşamağa sizi necə məcbur etmək olur- pensiyanı götürməklə, paytaxt zibili ilə regionları batırmaqla, vəsaitsiz, özümüzü təcrid etməklə”. Və sonra – gündə minlərlə yeni yoluxmuş xəstələrlə – bir barmaq işarəsi ilə parad təşkil etmək və “ sıfırlama bayramında” xalq gəzintisi ilə. İnsanların sağlamlığı və həyatı o qədər də əhəmiyyət daşımır: plebisitdə insanların iştirakını təmin etmək üçün karantin tədbirləri tələsik ləğv edildi.

Cəmiyyəti zorlayaraq, iyulun 1-dən sonra hakimiyyət xalqımızın axmaq olduğuna və nəticədə heç nə başa düşmədiklərinə inanaraq öz gündəmlərini daha da təcavüzkar şəkildə tətbiq edəcəkdir.
Ancaq Puşkin, Dostoyevski və Tolstoy ölkəsində xalq haqqında belə düşünmək olmaz. Gec-tez hakimiyyət buna əmin olacaq.

Buna görə 2020-ci il plebisitinin nəticəsi 1991 və 1993-cü illərdə keçirilən referendumlarla eyni olacaqdır. Səs verməyə məcbur edə bilərsiniz, istənilən rəqəmi dərc edə bilərsiniz. Ancaq bir müddət sonra tarixi qanunauyğuluq mütləq özünə yol tapacaqdır. Və bu yol, çox ehtimal ki, mümkün ola biləcək yolların ən əyrisi, ən eybəcəri olacaq.

Rus tarixində artıq neçənci dəfədir ki, hakimiyyət xalqı dəyərləndirmir, onu təhqir edir, onun ağlına, yaradıcılığına, yaradıcılıq qabiliyyətlərinə inanmır. Bu, xalqla hakimiyyət arasında uçurumu daha da dərinləşdirir. Və “Xalq səsverməsinin” nəticələrinin necə elan olunmasından asılı olmayaraq, insanlar “sıfırlama” nın təşkilatçıları və ifaçılarının maraqları və motivləri ilə ziddiyət təşkil edən öz maraqlarına uyğun hərəkət edəcəklər.

Tərcümə etdi: İlham İsmayıl

Facebook Comments