Saakaşvilinin Ukraynaya girişinə yenə imkan verilmədi

Ukrayna Dövlət Sərhəd Xidmətinin rədd cavabını gözləyirdim.

Sozcu.az  xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Feysbuk səhifəsində yazıb.

“Nə qədər ki, Pyotr Poroşenko ölkənin prezidentidir, mən başqa cavab gözləmirdim. Eybi yox, neçə ay gözləmişəm, bir az da səbir edərəm”, – Saakaşvili bildirib.

Qeyd edək ki, Ukrayna Dövlət Sərhəd Xidməti Mixail Saakaşvilinin ölkəyə qayıtmaqla bağlı müraciətinə rədd cavabı verib.