Saakaşvilidən Məmmədovun təyinatına reaksiya

Mixail Saakaşvili əslən azərbaycanlı Gündüz Məmmədovun Ukrayna Baş prokurorunun müavini təyin edilməsinə münasibət bildirib.

Axar.az xəbər verir ki, o öz fikrini Feysbuk səhifəsində paylaşıb.

“Daha bir doğru təyinat. Gündüz mənim zamanımda Odessada çalışıb, o, çox yaxşı hüquqşünas və təmiz adamdır. Ona və Ryaboşapkinin yerdə qalan bütün komandasına uğurlar”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka Krım Muxtar Respublikasının prokuroru vəzifəsini daşıyan azərbaycanlı Gündüz Məmmədovu özünə yeni müavin təyin edib.