Saakaşvili islahata başlayır: 764 məhkəmə 200-ə endirilsin

Ukrayna Prezidenti yanında Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri Mixail Saakaşvili Konstitusiya Məhkəməsinin ləğv edilməsini təklif edib.

Sozcu.az xəbər verir ki, o, Konstitusiya Məhkəməsinin ləğvi və mövcud 764 məhkəmənin 200-dən çox olmamasını özündə cəmləşdirən məhkəmə islahatı konsepsiyasını təqdim edib.

Saakaşvili deyib ki, Konstitusiya Məhkəməsi indiki formada ümumiyyətlə lazım deyil:

“Mövcud Konstitusiya Məhkəməsinin ləğvi və Ukrayna Ali Məhkəməsində Konstitusiya Palatası yaradılması məsələsini referenduma təqdim etməyi təklif edirəm”.

Facebook Comments