Salyanda Arif Hacılı ilə görüşdən sonra Müsavat fəalları saxlanıldı

Bu gün Müsavat başqanı Arif Hacılı Salyan rayonunda qurultay nümayəndələri ilə görüş keçirib. Arif Hacılı rayonu tərk etdikdən sonra görüşdə iştirak edən müsavatçılar mülki geyimlə polis əməkdaşları tərəfindən saxlanılıb. Bu haqda Bastaya Müsavat Partiyasından məlumat verilib.

Məlumatda qeyd edilir ki, saxlanılanlar arasında Məclis üzvü Valeh Hümmətoğlu, eləcə də Salyan rayon təşkilatının rəhbərləri Nizami Osmanuşağı və Mirzağa Axund da olub. Onlar təqribən 3 saat polis şöbəsində saxlanıldıqdan sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, bu gün Arif Hacılı Cəlilabad rayonunda da polisin və mülki geyimli şəxslərin hücumuna məruz qalıb.

Müsavat Partiyasının növbəti, 9-cu qurultayı oktyabrın 12-nə təyin edilib.

Sozcu.az

Facebook Comments