Səudiyyə ABŞ-ın İrana qarşı təliminə qoşulur

Səudiyyə Ərəbistanı Hərbi Dəniz Qüvvələri ABŞ-ın rəhbərliyi altında keçirilən beynəlxalq hərbi təlimə qatılacaq.

Sozcu.az xəbər verir ki, bu məlumatı Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, ABŞ bundan öncə 56 ölkə və 6 beynəlxalq təşkilatın iştirakı ilə hərbi təlim keçirəcəyini bildirib. Hərbi təlim oktyabrın 25-dən noyabrın 15-nə qədər davam edəcək. Təlimin Fars körfəzi, Oman körfəzi, Ərəbistan dənizi, Cibuti sahillərində davam edəcəyi vurğulanıb.

Facebook Comments