ŞƏT baş nazirləri Daşkəndə toplandı

Şanxay Əməkdaşlıq Təşkilatının şənbə günü hökumət başçılarının şurasının iclası başlayıb.

Sozcu.az xəbər verir ki, iclasa Daşkənddə start verilib. Məlumata görə, görüşdə Rusiyanı Baş nazir Dmitri Medvedyev, Çin Dövlət Şurasının rəhbəri Li Ketsyanın təmsil edəcək.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılıb. Təşkilata Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan üzvdür. Azərbaycan təşkilatın tərəfdaş ölkəsidir.

Facebook Comments