Şəhid atası

Həsən Mirat
Kəndimizdə bir kişi var. Həmişə ayaqqabısı cırıq, paltarı nimdaş, gözləri qəmli, qaza borcu olar. Həddən artıq kasıb olan bu kişidə çatışmayan bir şey var, o da qabarlı əllərinə bükülüb verilməli olan üçrəngli bayraqdır. Heyif ki, gözünün ağı-qarası olan bir oğlu hələki doqquzuncu sinifdə oxuyur. Aman Allah, bir görəsiniz, kəndin bir küncündə ikiotaqlı balaca bir daxmada yaşayan bu mağmun kişiyə şəhid atası olmaq necə də gözəl yaraşır.

Facebook Comments