S-400-lərin daha bir hissəsi Türkiyəyə gətirildi

S-400 zenit raket komplekslərinin elementlərini daşıyan 5-ci təyyarə Türkiyəyə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi informasiya yayıb.

Məlumata görə, gün ərzində daha 2 təyyarənin S-400 elementlərini gətirməsi gözlənilir.