S-400-lər Türkiyəyə nə vaxt gətirilir?

Rusiyanın S-400 zenit-raket kompleksləri yaxın 10 gün ərzində Türkiyəyə çatdırılacaq.

Sozcu.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan danışıb. O bildirib ki, rəsmi Anakara hələlik Rusiya silahının alınmasına görə ABŞ-dan sanksiya xəbəri almayıb.

Xatırladaq ki, iyunun 28-də ABŞ Senatı F-35 təyyarələrinin Türkiyəyə satılmasına qadağa qoyub. ABŞ və NATO Türkiyənin S-400 kompleksləri və F-35 təyyarələrinə yiyələndikdən sonra Rusiya sistemlərinin Amerika qırıcılarını izləyə biləcəyindən ehtiyat edirlər.

Rusiya və Türkiyə arasında dörd S-400 divizionunun tədarükü barədə razılıq 2017-ci ilin sentyabr ayında əldə olunub. Sazişin dəyəri 2,5 milyard dollar təşkil edir, və bu məbləğin yarısını Rusiya krediti ödəyəcək.(Axar.az)