Şəhidimiz dəfn olundu – Foto

Martın 26-da Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhənin Füzuli rayonu istiqamətində mövqelərimizin atəşə tutulması nəticəsində şəhid olan Ordumuzun hərbi qulluqçusu Əlləz Ələddin oğlu Əlləzov doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn edilib.

Sozcu.az xəbər verir ki, Dəfndə Qazax Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, komandirlərii və əsgər yoldaşları eyni zamanda rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin atasına təqdim edilib. Yaylım atəşindən sonra, Yuxarı Salahlı kənd qəbristanlığında dəfn olunub.(Axar.az)

Allah rəhmət eləsin!