Səfir: “ABŞ Azərbaycanın iqtisadi islahatlarını dəstəkləmək istəyir”

Azərbaycan və ABŞ arasındakı münasibətləri çox güclü hesab edirəm.

Sozcu.az ONA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger bildirib.

O, qeyd edib ki, bu əlaqələrin daha da gücləndirilməsi üçün əlindən gələni edəcək: “Dünən prezident Əliyevlə görüşmək fürsətim olub. Onunla əlaqələrimizin geniş səpkili istiqamətlərini və əlaqələrimizi daha da inkişaf etdirməyin yollarını müzakirə etdik”.

Səfir vurğulayıb ki, hazırda Azərbaycanda bir sıra islahatlar keçirilir: “Azərbaycan islahatlar baxımından keçid dövründə olan bir ölkədir. Biz Azərbaycanın suverenliyini, müstəqilliyini və demokratik islahatlarını dəstəkləyirik. Biz həmçinin Azərbaycanın iqtisadi islahatlarını və inkişafını dəstəkləmək istəyirik”.