Rusların ABŞ-a simpatiyası artır – Sorğu

Rusların 67%-i Rusiya-ABŞ münasibətlərinin soyuq olduğunu düşünür.

Sozcu.az xəbər verir ki, bu nəticə “Levada Çentr” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. AB ilə münasibətlərin gərgin olduğunu zənn edənlər isə rusların 55%-ni təşkil edib.

Bununla belə ABŞ-a xoş münasibət bəsləyən rusların sayı may ayıyla müqayisədə 11% artıb. Belə ki, respondentlərin 42%-i ABŞ-a müsbət yanaşdıqlarını bəyan edib.

AB-yə xoş münasibət bəsləyənlərin sayı isə 37%-dən 50%-ə yüksəlib.