Ruslar azərbaycanlı gənclərə hücum etdi: yaralılar var

Polşanın paytaxtı Varşavada azərbaycanlı gənclərə hücum olub, xəsarət alanlar var.

Sozcu.az-in məlumatına görə, hücum edənlər milliyyətcə ruslardan ibarət sərxoş dəstə olub.

Bu il mayın 26-da baş verən hücum nəticəsində Zamiq Rüstəmov və Kitabulla Qasımov adlı azərbaycanlılar xəsarət alıblar.

Hücum edən dəstənin üzvləri qaçaraq hadisə yerindən uzaqlaşıblar.

Azərbaycanlı gənclər Polşada xırda sahibkarlıqla məşğuldurlar.(Report)