Rusiyaya yalvarmayın, dialoqla həll edin – Lukaşenko

Belarusun neft emalı zavodları Rusiyadan çirkli yanacaq tədarükü nəticəsində yaranan itkilərin kompensasiyası məsələsini həll edərkən diz üstə sürünməməlidirlər.

Sozcu.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O, Rusiya yanacağı ilə bağlı yaranan problemin dialoqla həll edilməsi gərəkdiyini bildirib.

Qeyd edək ki, Belarus apreldə Rusiyadan neft idxalını dayandırdığını açıqlamışdı. Buna səbəb kimi neftin keyfiyyətinin çox aşağı olması göstərilmişdi.

Rusiyada isə neftin keyfiyyətinin aşağı olmasıyla bağlı cinayət işi başladılmışdı.(Axar.az)

Facebook Comments