Rusiyaya birləşmə axmaqlıqdır – Lukaşenko

Belaruslar öz mənzillərində yaşayırlar və o, böyük Rusiya ilə müqayisədə elə də böyük deyil.

Sozcu.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Biz suveren və müstəqil ölkəyik. Dünya o qədər dəyişib ki, birləşmə barədə danışmaq sadəcə axmaqlıqdır. İkincisi, bu, tamamilə lazımsızdır”, – deyə o bildirib.

Qeyd edək ki, Belarusla Rusiyanın İttifaq Dövlətində birləşəcəyi uzun müddətdir müzakirə edilir.

Facebook Comments