Rusiyanın qarşısını almağa hazırıq – Kuleba

Ukrayna Rusiyanın həm siyasi-diplomatik, həm də hərbi aqressiyasının qarşısını almağa hazırdır.

Sozcu.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

“2014-cü ildən fərqli olaraq, 2021-ci ildə Ukrayna və dünya hazırlıqlıdır. Kremlin nə düşünməsindən asılı olmayaraq, imkan verilməyəcək ki, bizi qəfil yaxalasın. Beynəlxalq koalisiyanın Ukraynaya dəstəkdəki birliyi Rusiyanı ağılsız addımlardan qaçmağa yardım edəcək”, – deyə o bildirib.

Facebook Comments